EN

Gənclər və İdman Nazirliyindən bu səlahiyyət alındı

İdman federasiyalarının maliyyələşdirilməsi səlahiyyəti Gənclər və İdman Nazirliyinən alınıb.

Publika.az xəbər verir ki, bu barədə artıq idman federasiyaları müvafiq şəkildə məlumatlandırılıb.

Məlumatda bildirilir ki, Maliyyə Nazirliyinin şifahi tapşırığına əsasən, Gənclər və İdman Nazirliyi tərəfindən idman federasiyalarının ölkədaxili və beynəlxalq idman tədbirlərində iştirakının maliyyələşdirilməsi dayandırılıb.

Bu məqsədlər üçün bundan sonra dövlət büdcəsindən vəsaitin ayrılması və təyinatı üzrə xərclənməsi Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən aparılacaq.

Chosen
14
6
publika.az

8Sources