Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də arabir yağış yağacağı gözlənilir.Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Əsasən günün birinci yarısında yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur.Küləkli hava şəraitinin sentyabrın 14-ü də davam edəcəyi gözlənilir.