EN

Toy karvanında qaydaları pozan sürücülər saxlanıldı

Toy karvanında qaydaları pozan şəxslər saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Naxçıvan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Naxçıvanda toy karvanı zamanı ictimai qaydanı və yol hərəkətinin təhlükəsizliyini kobud şəkildə pozan “Chevrolet” markalı avtomobilin sürücüsü Daşqın Həsənov, “Jaguar” markalı avtomobilin sürücüsü Həsən Allahverdiyev, “Renault” markalı avtomobilin sürücüsü Tuncay Cabbarlı və “Kia” markalı avtomobilin sürücüsü İlkin Rüstəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Chosen
19
32
cebheinfo.az

10Sources