EN

Xocalının Seyidbəyli kəndinə yola salınan ilk köç ünvanına çatdı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Sentyabrın 13-də Xocalı rayonunun Seyidbəyli kəndinə yola düşən ilk köç karvanı ünvana çatıb.

Olaylar.az xəbər verir ki, Xocalı rayonunun Seyidbəyli kəndinə bu mərhələdə 9 ailə olmaqla, 30 nəfər keçmiş məcburi köçkün gəlib. Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
29
1
olaylar.az

10Sources