Müğənni Aysel Əlizadə aparıcı Xoşqədəm Hidayətqızı ilə aralarında olan məhkəmə prosesindən danışıb. Axşam.az xəbər verir ki, müğənni "Öz aramızda" verilişində məhkəmədə qalib gəldiyini, hətta apellyasiya məhkəməsinin onun xeyrinə qərar çıxartdığını bildirib:
Nə baş verməsindən asılı olmayaraq, bütün məhkəmələri dövlətimin qanunları ilə udmuşam. Yalnız bir məsələ qalıb: qarşı tərəf bunu açıq şəkildə təkzib etməlidir. Amma məsələ uzadılır, qarışdırılır, lağa qoyulur. Sanki mənim bunu qəbul edəcəyim düşünülür. Heç vaxt! Çünki mən haqlı olduqca, haqqımı tələb edəcəyəm. Bununla da dəfələrlə sübut edəcəyəm ki, Azərbaycan dövlətinin qanunları həmişə aşkar və ədalətli olub və məhz həmin qanunlara əsasən bütün məhkəmələrdə qərarlar çıxarılıb".
Aysel bildirib ki, qarşı tərəf təkzib videolarında onu lağa qoyur:
"Sonradan “təkzib” kimi təqdim olunan videoçarxa baxanda çox gülməyim gəldi. Çünki sanki istehza ilə hazırlanmış bir təkzib idi. Mənim hər gün efirim yoxdur ki, çıxıb danışım. Bu 5 ildə ikinci dəfədir ki, çıxıb nələrisə deyirəm. Çünki mən susduqca, abrımı qoruduqca baxıram ki, daha da üstümə gəlinir. Mənə vəkilim də, dostlarım da deyirdi ki, sus. Çünki cavab verdikcə söhbət daha da böyüyəcək. Susduqca da məsələ çox uzandı. Susmağıma çox peşmanam. Çünki bununla məni tamaşaçıların gözündə günahkar çıxardılar".
Aysel adının hallandığı iş adamı Elçinin həyatında başqa qadın olduğunu açıqlayıb:
"Qarşı tərəfin, adı mənimlə hallanan bəyin öz həyat yoldaşından başqa, elə mənim vaxtdan sevdiyi qadın olub. Ondan iki uşağı da var. Bildiyim qədər o qadın sadə həyat yaşayan biridir və adı da Ayseldir. Bunlar efirdə səsləndirilməyib".
Qeyd edək ki, 2019-cu ildə “Səni Axtarıram” verilişində qonaq olan Turanə Nəcəfova adlı qadın Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızının müğənni haqda səsləndirdiyi fikirlər onlar arasında qalmaqala səbəb olub. A. Əlizadə X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb. İki il əvvəl Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3 min manat təzminat ödəməli idi.