EN

Qubada leysan və güclü külək fəsadlar törədib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sentyabrın 11-dən başlayaraq müşahidə olunan qeyri-sabit hava Qubada bir sıra fəsadlar törədib.
Belə ki, şəhər ərazisində leysan və güclü külək ağacı kökündən çıxararaq avtomobillərin üzərinə aşırıb.
Rayon mərkəzindən 62 kilometr məsafədə yerləşən Söhüb kəndi sel sularının təsirinə məruz qalıb. Kəndin mərkəzindən keçən Nəzərçayda daşqınlar qeydə alınıb.
Çay üzərindəki körpülərdən biri sel sularının təsirindən yararsız hala düşüb. Yağışın rayonun müxtəlif ərazilərində yaratdığı çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Ətraflı Baku TV-nin videomaterialında:
Chosen
33
oxu.az

1Sources