EN

Ərdoğana TOGGun yeni modeli T10F hədiyyə edilib

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Togg-un yeni satışa çıxan modeli T10F hədiyyə edildi.

TurkicWorld xəbər verir ki, Ərdoğan, dövlət nömrə nişanına Prezidentlik nişanı taxılmış göy rəngli yeni Togg modeli ilə sınaq yürüşü edərkən avtomobil haqqında məlumat aldı.

Togg İdarə Heyətinin üzvləri avtomobili Ərdoğana Dolmabaxçadakı İş Ofisində təqdim etdilər.

Ərdoğan, göy rəngli Togg T10F modeli ilə test sürüşü zamanı avtomobilin texniki xüsusiyyətləri barədə məlumatlandırıldı.

Test sürüşündən sonra Ərdoğana hədiyyə Türkiyə Sanayi və Texnologiya naziri Mehmet Fatih Kacır və Togg İdarə Heyətinin sədri Fuat Tosyalı tərəfindən təqdim olundu.

Togg T10F-nin ilk təhvil mərasimində Prezidentin Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran da iştirak edib.

Chosen
32
turkic.world

1Sources