Gənclər və İdman Nazirliyi növbəti tenderinə yekun vurub.
Tribunainfo.az xəbər verir ki, nazirlik dünən bununla bağlı nəticələri açıqlayıb.
Bəlli olub ki, GİN Yeni Yasamal-1 yaşayış massivində idman zalı və minifutbol meydançasının tikintisini həyata keçirəcək. Bu məqsədlə “CYBERSPACE” MMC ilə razılaşma əldə olunub. Şirkət bu işləri nazirlik üçün 966 min 641 manata reallaşdıracaq.
Fərda Uğur