EN

İçməli su problemi su böhranı: nə etməli?

Bu ilin yayı bir daha təsdiqlədi ki, Azərbaycan artıq sistemliiçməli su problemi ilə üzləşib. Bakı və bölgələrin onlarlarayonunda bəzən suyun verilməsi günlərləkəsildi. Qiymətləndirmələrəgörə, fasilələr 2 milyondan çox sakini əhatə etdi. Kəndlərdəinsanlar yenidən quyulara və bulaqlara üz tutdu, amma onların daçoxu qurumuşdu.

Kənd təsərrüfatı xüsusilə ağır zərbə aldı: 65 min hektardan çoxtaxıl və yem bitkiləri suvarmasız məhv oldu, buğdanın məhsuldarlığı18 faiz, qarğıdalının məhsuldarlığı isə dörddə bir qədər azaldı.Fermerlərin zərərləri 320 milyon manata yaxın qiymətləndirilir.Eyni zamanda, Mingəçevir SES-də Kürün səviyyəsinin düşməsisəbəbindən enerji istehsalı 9 faiz azaldı.

Məsələ artıq lokal çərçivədən çıxıb. Bu gün su millitəhlükəsizlik məsələsidir və ölkənin ərzaq təminatı, iqtisadiyyatı,sosial sabitliyi ondan asılıdır.

Son onilliklərdə iqlim dəyişikliyi vəziyyəti kəskinləşdirib.Belə ki, son 30 ildə Azərbaycanda orta illik temperatur 1,4 dərəcəyüksəlib, yağıntılar isə 8–12 faiz azalıb. Üstəlik, yağıntılarbərabər paylanmır, əsasən torpağı və yeraltı sularızənginləşdirməyən leysanlar şəklində düşür. Kiçik çaylar quruyur,su anbarları isə ehtiyat toplamağa macal tapmır. 2006-cı ildən bəriXəzərin səviyyəsi hər il 11 santimetr azalır: ümumi enmə 1,9 metrəçatıb. Bu proses Abşeronun yeraltı sularına da təsir edir.

Azərbaycanın su ehtiyatlarının 70 faizdən çoxu ölkəhüdudlarından kənarda formalaşır. Kür və Arazın suyu ildən-iləazalır: əgər 1980-ci illərdə Kürün axını saniyədə təqribən 500kubmetr idisə, bu gün cəmi 320–340 kubmetrdir. Araz da dörddə birqədər kiçilib. Qonşu ölkələrin hər hansı hidrosiyasəti birbaşaAzərbaycana təsir göstərir.

Daxili resurslar isə zəifdir. Ölkənin 8300 çayından əksəriyyətikiçikdir, uzunluğu 10 kilometrdən də azdır. Naxçıvanda son 20 ildə24 çay və bulaq itib, Qarabağda isə su hövzələrinin sahəsi 18 faizazalıb. Bərpa olunan şirin su ehtiyatları 26 milyard kubmetrqiymətləndirilsə də, faktiki əlçatan həcm azalaraq bu gün 20milyarddan aşağı düşüb.

Qeyd etmək zəruridir ki, əslində tarixi baxımdan Bakı həmişəiçməli su qıtlığı şəraitində yaşayıb. IX–X əsrlərdə Abşerondaevlərə və Şirvanşahlar sarayına su gətirən kəhrizlər işləyirdi.Lakin XIX əsrdə şəhərin sürətli böyüməsi sistemi yetərsiz etdi.Neft bumu dövründə əhali on dəfələrlə artdı, su Kürdən və Volqadandənizlə daşınır, bir vedrə indiki pulla min manata başa gəlirdi. XXəsrin əvvəllərində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsüilə Şollar su kəməri çəkildi və şəhəri şimal mənbələrindən təminetməyə başladı.

Zamanla bu sistem əhəmiyyətini itirdi. Bu gün Bakının əsas sumənbəyi Kür və Ceyranbatan su anbarıdır. “Elit evlərdə təmiz Şollarsuyu” barədə mif əsassızdır: su müxtəlif mənbələrdən qarışdırılaraqümumi şəbəkələr vasitəsilə paylanır.

Rəsmi statistikaya görə Bakının əhalisi 2,4 milyon nəfərdir,amma reallıqda bu rəqəm 3,5 milyona yaxındır. Halbuki şəhərin suinfrastrukturu cəmi bir milyon əhali üçün layihələndirilmişdi. Bugün gündəlik istehlak 1,4 milyon kubmetrə çatır, amma şəbəkələrköhnəlib və itkilər 40 faizə qədər yüksəlib.

Bölgələrdə vəziyyət daha da mürəkkəbdir. Gəncə, Şəki, Lənkərandamərkəzləşdirilmiş sistem əhalinin 60–65 faizini əhatə edir,kəndlərdə məzkur göstərici cəmi 42 faizdir. 900 mindən çox insandaim su çatışmazlığı ilə yaşayır. Ağdamda fermerlər pambıq əkindənimtina edib, Cəlilabadda 12 min hektarda kanallar quruyub.

Səhiyyə Nazirliyi isə bağırsaq infeksiyalarının 18 faizartdığını açıqladı.

Azərbaycan dövlət büdcəsindən su təsərrüfatının inkişafınaayrılan faktiki vəsaitin həcmi 546 milyon manat təşkil edir. “Suehtiyatlarından səmərəli istifadə üzrə Milli Strategiya”2024–2040-cı illər üçün nəzərdə tutulmuş strateji vəzifələrininhəllinə yönəldilib. Söhbət su istifadəsinin səmərəliliyininartırılması, irriqasiya infrastrukturunun inkişafı və fermertəsərrüfatlarının təmin olunmasına yönəlmiş hədəfliinvestisiyalardan gedir.

Bir kubmetr suyun və kanalizasiya xidmətlərinin maya dəyəri1,41–1,42 manat səviyyəsindədir. Tarif Şurası tərəfindən əhali üçünmüəyyən edilmiş tariflər isə Bakıda və Abşeronda 0,70 manat,regionlarda isə 0,60 manatdır. Çirkab sularının kənarlaşdırılmasıxidmətləri üçün tarif 1 kubmetr üçün 0,30 manat təşkil edir.Beləliklə, mövcud tariflər faktiki maya dəyərindən dəfələrləaşağıdır ki, bu da davamlı maliyyə boşluğu yaradır.

Aparılan təhlil göstərir ki, Azərbaycanın su sektoru strukturkəsiri şəraitində fəaliyyət göstərir: əməliyyat xərcləri davamlışəkildə tariflərdən əldə olunan gəlirləri üstələyir. Dövlət bufərqi subsidiyalar və birbaşa investisiyalar vasitəsilə qarşılayırki, bu da əhali üçün qiymətlərin sosial cəhətdən qəbuledilənsəviyyədə saxlanmasına imkan verir.Yəni, dövlət xərclərin yarısınıödəməyə məcburdur.

Türkiyədə içməli su tarifləri şəhərdən asılı olaraq dəyişir vəadətən kanalizasiya xidməti ayrıca hesablanır. Məsələn, İstanbulda2025-ci ildən etibarən İSKİ-nin qərarına əsasən, ev təsərrüfatlarıüçün ilk pillə üzrə suyun qiyməti 46,62 TL/m³ təşkil edir. Bundanəlavə, tullantı sularının axıdılması xidmətləri üçün 16,50 TL/m³ödəniş hesablanır. Ankarada isə ASKİ-nin tətbiq etdiyi tariflərəgörə, 0–15 m³ həcmində istehlak üçün suyun qiyməti 19,53 TL/m³,kanalizasiya xidməti isə 9,76 TL/m³ səviyyəsindədir, ümumilikdə isə29,29 TL/m³ edir. İzmir şəhərində də oxşar pilləli sistem mövcuddurvə hər pillə üçün su və kanalizasiya ayrıca hesablanır.

Gürcüstanda tarifləri Milli Enerji və Su TənzimləyiciKomissiyası (GNERC) müəyyənləşdirir. 2024–2026-cı illər üçüntəsdiqlənmiş qaydaya görə, Tbilisi, Mtsxeta və Rustavidə evtəsərrüfatları üçün tarif dəyişməyib. Tbilisidə sayğaclı evtəsərrüfatları bir kubmetr suya görə 0,50 lari (GEL) ödəyirlər. Buməbləğ son illərdə sabit qalıb.

Ermənistanda su təchizatı xidmətini “Veolia Water Armenia”həyata keçirir. Tənzimləyici qurumun qərarına əsasən, 2025-ci ildəəhali üçün vahid tarif 200,42 dram/m³ səviyyəsində müəyyən edilib.Sosial cəhətdən həssas qruplar üçün bu məbləğ 180 dram/m³ təşkiledir. Dövlət müəyyən qədər subsidiyalar ayıraraq qiymətlərin sabitqalmasını təmin edir.

İranda su tarifləri blok üzrə hesablanır və ciddi subsidiyalartətbiq olunur. 1404-cü ilin (2025/26) dövlət büdcəsinə əsasən,istehlak norması çərçivəsində hər kubmetr suya görə 2000 rial,normadan artıq istehlaka görə isə 4000 rial əlavə ödəniş tutulur.Bundan başqa, regional ABFA şirkətləri öz bölgələri üçün ayrıcatarif cədvəlləri dərc edirlər. Qeyd etmək lazımdır ki, kanalizasiyaxidmətləri ayrıca hesablanır və yekun məbləğ regiondan və istehlakhəcmindən asılı olaraq dəyişir.

Avropa İttifaqında vahid tarif mövcud deyil. Qiymətləri yerlioperatorlar və bələdiyyələr müəyyənləşdirir, adətən su vəkanalizasiya xidmətləri ayrıca hesablanır, həmçinin sabit abunəhaqqı və vergi də əlavə olunur. Almaniyanın paytaxtı Berlində“Berliner Wasserbetriebe” şirkəti 2025-ci ildə içməli su üçün 1,813avro/m³, kanalizasiya üçün isə təqribən 2,155 avro/m³ tələb edir.Fransanın paytaxtı Parisdə “Eau de Paris” operatoru tərəfindəntətbiq edilən tam tarif 4,0913 avro/m³ təşkil edir. İspaniyanınpaytaxtı Madriddə “Canal de Isabel II” şirkəti ilk 20 m³-lükistehlak üçün dəyişən hissəni təqribən 0,876 avro/m³ səviyyəsindəhesablayır, əlavə olaraq sabit abunə haqqı da tətbiq edilir.Niderlandda isə ölkə üzrə orta su tarifi 2025-ci ildə 2,61 avro/m³olub, şirkətlər üzrə bu rəqəm 1,67–2,56 avro/m³ arasında dəyişir.Məsələn, Amsterdamda “Waternet” şirkəti 1,22 avro/m³ tarif tətbiqedir və üzərinə sabit ödəniş əlavə olunur.

Beləliklə, müqayisə göstərir ki, Azərbaycanda mövcud tariflərAvropa ölkələri ilə yanaşı, region dövlətləri – Türkiyə, Gürcüstan,Ermənistan və İranla müqayisədə dəfələrlə aşağıdır. Bu isə birtərəfdən əhalinin sosial müdafiəsini təmin edir, digər tərəfdən isəsuyun israfçılıqla istifadəsinə gətirib çıxarır.

Ən kritik məsələ şəbəkələrdəki itkilərdir. Orta hesabla 40 faiz,bəzi rayonlarda isə 55 faizə qədərdir. Halbuki Almaniyada bugöstərici 6–7 faiz, İsraildə 7–8 faiz, Sinqapurda 4–5 faizdir.Azərbaycanda isə söhbət büdcədən ödənilən on milyonlarla kubmetrsuyun torpağa axıb getməsindən gedir.

Məsələnin geosiyasi tərəfi də var. Azərbaycanın bərpa olunan suehtiyatlarının 70 faizi ölkə hüdudlarından kənarda formalaşır,əsasən Kür və Araz hövzəsində. Bu isə o deməkdir ki, hər birquraqlıq və ya xarici məhdudiyyətlər dərhal daxili su təminatınatəsir göstərir.

Ucuz tarifin paradoksu budur: qiymət aşağı olduqca istehlakartır və dövlət üçün hər əlavə litr daha baha başa gəlir. Qlobaltəcrübə sübut edir ki, qiymətin cüzi artırılması belə məişətdəkiartıq sərfiyyatı dərhal azaldır, xüsusilə də maşın yuyulması vədekorativ suvarma kimi ikinci dərəcəli məqsədlərdə.

Dünyada ölkələr bu problemi müxtəlif yollarla həll edirlər.Çoxpilləli tarif sistemi tətbiq olunur: sosial minimum ucuz qalır,amma normadan artıq istehlak xeyli baha başa gəlir. Sinqapurda məhzbelə işləyir, əsas tarif israfçılıq vergisi və ayrıca çirkabsuların utilizasiyası haqqı ilə tamamlanır.

Qaydalar sərtləşdirilir, məsələn, ABŞ-ın Cənubi Nevadada“lazımsız” qazonlara qadağa qoyulub, onları quraqlığa davamlıbitkilərlə əvəzləməyə subsidiya verilir. Nəticədə 20 ildə əhaliartmasına baxmayaraq, adambaşına düşən istehlak iki dəfədən çoxazalıb.

İtkilərlə mübarizə aparılır: Böyük Britaniya və Almaniyadaoperatorlar şəbəkəni zonalara bölür, gecə saatlarında təzyiqitənzimləyir, sızmaları aktiv şəkildə aşkarlayır. Kamboca vəFilippində isə şəhərlər sərt uçot və kütləvi boru yenilənməsihesabına qeydə alınmayan suyu 60–70 faizdən 6–13 faizə qədər azaldabilib.

Yeni mənbələrdən istifadə olunur, məsələn, Barselonada ehtiyatvariant kimi duzsuzlaşdırma zavodu tikilib, baxmayaraq ki, mayadəyəri ənənəvi sudan bahadır. İsraildə isə çirkab suların təkraristifadəsi sistemi qurulub və təmizlənmiş suların 90 faizisuvarmaya yönləndirilir.

Azərbaycanda da sürətli addımlar atmaq mümkündür. Beş iləitkiləri 40 faizdən 25 faizə endirmək olar ki, bu da yeni sumənbəyi tapmadan yeni su qəbulu tikintisinə bərabərdir. Şəhərləriidarə olunan zonalara bölmək, təzyiqi nəzarətdə saxlamaq və gecəsızmalarını aşkar etmək vacibdir.

Müasir sayğaclarla ümumi uçotu təmin etmək və sızmalarınqarşısını almaq mümkündür. Pilləli tarif sistemi tətbiq olunmalı,əsas həcm köhnə qiymətlə, yuxarı həcmlər isə bahalı tarifləhesablanmalıdır.

İçməli suyun küçə yuyulması və avtomobil yuyulmasında istifadəsiqadağan edilməlidir, bunun üçün ayrıca “bənövşəyi borular” şəbəkəsiqurulmalı və təmizlənmiş suların istifadəsi genişləndirilməlidir.Boruların dəyişdirilməsi isə yol təmiri ilə uzlaşdırılmalı, işlərkompleks şəkildə aparılmalıdır.

Əsas nəticə budur: hər dəlikli boru büdcədən axıb gedənmilyonlarla manat deməkdir. Yeni bahalı obyektlər tikməkdənsə, suyuşəbəkələrdən və tullantılardan geri qaytarmaq daha ucuzdur.Resurslarının 70 faizi kənardan gələn ölkə üçün su stratejiəhəmiyyət daşıyır və qənaət milli təhlükəsizliyin gücləndirilməsiilə eyni məna daşıyır.

2022-ci ildə 2037-ci ilə qədər olan Milli Su Strategiyasıtəsdiqlənib. Məqsədlər itkiləri 20 faizə endirmək, müasir suvarmaüsullarını 2027-ci ilə qədər 2 faizdən 10 faizə çatdırmaq, əhalinin85 faizini içməli suya daimi çıxışla təmin etmək, 1,2 milyardkubmetr həcmində yeni su anbarları tikmək, uçot və qənaətliistehlak sistemini tətbiq etməkdən ibarətdir. Amma icra ləng gedir:20 layihədən cəmi 6-sı başa çatdırılıb.

Dayanıqlı su təminatı artıq çoxdan qlobal çağırışa çevrilib vəbir çox ölkələr bu gün Azərbaycanın qarşısında duran oxşarböhranlardan keçiblər. Onların təcrübəsi göstərir ki, düzgünsiyasət və investisiyalar hesabına su çatışmazlığını texnolojisıçrayış üçün stimul halına gətirmək olar.

İsrail bu sahədə dünya lideri sayılır. Bu gün ölkənintələbatının 50 faizdən çoxu dəniz suyunun duzsuzlaşdırılmasıhesabına ödənilir. İlk iri stansiyalar hələ 2000-ci illərinəvvəlində fəaliyyətə başlayıb və indi Aralıq dənizi sahilindəkikomplekslər şəbəkəsi təkcə şəhərləri və kənd təsərrüfatını sabit suilə təmin etmir, həm də qonşu bölgələrə ixrac imkanı yaradır.Azərbaycan üçün bu model xüsusilə nümunəvidir: İsrail kimi, bizimdə böyük çaylarımız yoxdur, amma Xəzərə çıxışımız var və o,strateji su anbarına çevrilə bilər.

Sinqapur isə “dörd kran” adlı unikal konsepsiya işləyibhazırlayıb. Birinci “kran” qonşu Malayziyadan su idxalıdır, ikinci- duzsuzlaşdırma, üçüncü - tullantı sularının çoxpilləlitəmizləmədən sonra yenidən şəbəkəyə qaytarılması və NEWater brendiilə su təchizatına daxil edilməsi, dördüncü isə daxili mənbələr vətoplanma hövzələridir. Bu sistem Sinqapura xarici tədarükçüdənkritik asılılıqdan qurtulmağa, su təhlükəsizliyini isə millimüstəqilliyin dayaqlarından birinə çevirməyə imkan verib.

Xroniki quraqlıqdan əziyyət çəkən İspaniya isə rəqəmsallaşmayolunu seçib. Burada torpağın rütubətinə və hava şəraitinə uyğunsuvarmanı tənzimləyən avtomatlaşdırılmış damcı sistemləri tətbiqolunub. Nəticə su sərfiyyatının 30–40 faiz azalmasıdır ki, aqraristehsal miqyası nəzərə alınanda bu, milyardlarla avro qənaət vəstrateji resursların qorunması deməkdir.

Hesablama göstərir ki, bir kubmetr suyun maya dəyəri təxminən 1manatdır. Bu, hazırkı əhali tarifindən baha olsa da, dövlətinbüdcədən subsidiyalara və quraqlıq nəticəsində yaranan zərərlərinkompensasiyasına xərclədiyi vəsaitdən qat-qat ucuzdur. Üstəlik,belə layihələr enerji əməkdaşlığı ilə inteqrasiya edilə bilər:Qarabağ və Şərqi Zəngəzurda sürətlə tikilən günəş və küləkstansiyaları bu qurğular üçün enerji mənbəyi ola bilər.

İspaniya nümunəsindəki kimi suvarmada avtomatlaşdırma da birbaşatətbiq oluna bilər. Bu gün Azərbaycanın su ehtiyatlarının 70 faizikənd təsərrüfatına gedir və onun da böyük hissəsi köhnəinfrastruktur üzündən itirilir. “Ağıllı” sistemlərə keçid həmxərcləri azaldar, həm də məhsuldarlığı yüksəldər.

Pretsedentlər də aydındır. İsrail 1990-cı illərdə su kollapsıhəddində idi, bu gün isə texnologiya və bilik ixracatçısınaçevrilib. Sinqapur tam idxal asılılığından çıxaraq özünəməxsusstrateji dövr yaradıb və dünya meqapolislərinə örnək olub. İspaniyaisə sübut etdi ki, ənənəvi kənd təsərrüfatını belə rəqəmsalrelslərə keçirmək və milyonlarla kubmetr suyu qorumaqmümkündür.

Gələcəyin texnologiyaları arasında ağıllı şəbəkələr xüsusi yertutur. Sızmaların və təzyiqin izlənməsi üçün quraşdırılan sensorlartəkcə Bakıda ildə 150 milyon kubmetrədək suya qənaət etməyə imkanverir. Damcı suvarma isə istifadənin 30–40 faiz azalmasına səbəbolur, amma hələlik cəmi 3–4 faiz torpağı əhatə edir. Müqayisə üçün,Türkiyədə bu göstərici 28, İsraildə isə 80 faizdir. Tullantısularının emalı da ümumi tələbatın 10 faizinə qədərini ödəyəbilər.

Demoqrafik təzyiq də artmaqdadır. 2040-cı ilə qədər əhali 12milyona çatacaq və hər yeni milyon əlavə 250–400 milyon kubmetristehlak deməkdir. Bununla yanaşı, urbanizasiya Bakıya olan yüküdaha da artırır.

Regional risklər də həssas qalır. Türkiyə və Gürcüstanda hərhansı yeni SES-in tikintisi, Ermənistan və İranda su istifadəsi Kürvə Arazın axınını azaldır. Bu səbəbdən su təkcə əməkdaşlıq deyil,həm də qarşıdurma amilinə çevrilə bilər.

Uzunmüddətli proqnozlara nəzər saldıqda, mənfi ssenariresursların 20 faiz azalmasını, kənd təsərrüfatında hər il 1milyard manata qədər zərər yaranmasını, ərzaq idxalının 40 faizəyüksəlməsini və 1 milyondan çox "su qaçqını"nın köçünü ehtimaledir. Optimist ssenari isə Xəzərin şirinləşdirilməsi hesabınatələbatın 20 faizinin ödənməsini, itkilərin 15 faizə qədərendirilməsini, 500 min hektarda damcı suvarmanı və tullantısularının emalı hesabına əlavə 10 faiz resursun əldə olunmasınınəzərdə tutur.

Suya münasibətdə mədəniyyət də dəyişməlidir. Tarixi olaraq suyapulsuz resurs kimi yanaşma formalaşıb və defisit şəraitində beləisrafçılıq vərdişi güclüdür. İstehlak mədəniyyətinin dəyişməsiinfrastruktur quruculuğu qədər vacibdir, çünki onsuz istəniləninvestisiya mənasız olacaq.

Nəticə etibarilə, su artıq məişət deyil, strateji probleməçevrilib.

Neft və qaz əsas ixrac olaraq qalır, amma məhz su ölkəningələcəyini müəyyən edəcək. Əgər dayanıqlı su istifadəsi sistemiyaradılmasa, heç bir enerji gəliri su itkisini əvəzləməyəcək.

Bu, bir nəslin çağırışıdır.

Chosen
38
3
az.trend.az

4Sources