EN

Qızılağac Milli Parkının ərazisindəki yanğın söndürülüb - YENİLƏNİB

Lənkəran, 13 sentyabr, İlkin Adıyev, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi tərəfindən Qızılağac Milli Parkının Masallı rayonu, Qızılağac kəndinə yaxın ərazisində baş vermiş yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən tam söndürülüb.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində 10 ha sahədə qamışlıq, quru ot, kol-kos və qismən ağaclar yanıb. Milli Parkın qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran şəhər və Masallı rayon Yanğından Mühafizə hissələrinin qüvvələri ilə yanaşı, Milli Parkın əməkdaşları da iştirak edib.

10:08

Qızılağac Milli Parkının ərazisində yanğın qeydə alınıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. İlkin məlumatlara əsasən, yanğın təqribən 10 hektara yaxın ərazini əhatə edir.

Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar hərəkətə keçib. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin Masallı və Lənkəran rayonlarından texnikaları, həmçinin canlı qüvvələri əraziyə cəlb olunub.

Yanğının daha da genişlənməsinin qarşısını almaq üçün hazırda intensiv işlər görülür.

Chosen
32
2
azertag.az

10Sources