EN

Lisenziyasız fəaliyyət göstərən stomatoloq 5000 manat cərimələndi

Səhiyyə Nazirliyi Mingəçevirdə lisenziyasız fəaliyyət göstərən stomatoloq barədə protokol tərtib edib. Avtosfer.az-ın Modern.az-a istinadən məlumatına görə, stomatoloq 5 min manat cərimələnib. Məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı stomatoloji kabinetdə fəaliyyət göstərən şəxsin lisenziya almadan özəl tibbi fəaliyyətlə məşğul olduğu aşkar edilib. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib olunub və 5000 manat məbləğində cərimə tətbiq edilib. Stomatoloq məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini istəyib. O, vergi uçotuna alındığını, dəfələrlə lisenziya almaq üçün müraciət etdiyini əsas gətirib. Həmçinin protokolun onun iştirakı olmadan tərtib olunduğunu və qaydalara əməl edilmədiyini bildirib. Lakin məhkəmə iş materiallarını araşdıraraq, stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyini təsdiqləyib. Qərara əsasən, Səhiyyə Nazirliyinin tətbiq etdiyi inzibati cərimə qanuni sayılıb və şikayət təmin edilməyib.

Chosen
53
15
avtosfer.az

10Sources