EN

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 260 Bakı şəhəri, 11 sentyabr 2025-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart tarixli 66 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 235 (Cild I) ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. I hissəyə aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilsin:

“1.6. Müəssisədə yetkinlik yaşına çatmayanların (bundan sonra – şəxslər) geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 avqust tarixli 240 nömrəli Qərarı ilə təsdiq edilmiş “Stasionar xidmət göstərən dövlət sosial xidmət müəssisələrində xidmətə götürülmüş şəxslərin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunma norması”na uyğun həyata keçirilir.”.

2. II hissə üzrə:

2.1. 2.1-ci bənddə “Yetkinlik yaşına çatmayanlara (bundan sonra – şəxslər)” sözləri “Şəxslərə” sözü ilə əvəz edilsin;

2.2. 2.1.1-ci yarımbənddə “yataq dəstləri” sözləri “ayaqqabı və yumşaq inventarlarla” sözləri ilə əvəz edilsin;

2.3. 2.1.2-ci yarımbənddə “yemək və geyimlə” sözləri “yeməklə” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Chosen
24
xalqqazeti.az

1Sources