EN

Fransada məscidlərə donuz başını Rusiya xüsusi xidmət orqanları təşkil edir

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Parisdə məscidlərə donuz başı atılması bəlkə də Rusiya Xüsusi Xidmət orqanlarının işidir”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Fransa polisi son günlər bu ölkədə məscidlərə donuz başı qoyulması barədə məlumatları şərh edərkən bəyan edib.

Qeyd edək ki, Parisin mərkəzində 9 məsciddə donuz başının tapılması qəzəb və müzakirələrə yol açıb.

Məlumata görə, bu işi görən şəxslər Serbiyada qeydiyyatdan keçmiş maşın sürüblər. Xorvatiya nömrəli telefondan istifadə ediblər və bir neçə saat ərzində sərhəddən Belçikaya keçməyi bacarıblar. Hadisəni araşdıran polisin açıqlamasına görə, onlara bir fermer müraciət edərək deyib ki, Serbiya nömrəli maşın sürən iki kişiyə donuz başı satıb. Fransanın “BFMTV” kanalının yaydığı videoda maskalı və papaqlı bir kişinin məscidin yanında donuz başı qoyduğu görünür.

Fransa kəşfiyyatı hesab edir ki, Rusiya və İran çirkli əməllərdən istifadə edərək Fransada ixtilaflar yarada bilər.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
43
1
icma.az

2Sources