EN

Elnur Şükürov azadlığa çıxdı – FOTO

Əvəz Zeynallı ilə birgə məhkum edilmiş jurnalist Elnur Şükürov da azadlığa buraxılıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Əvəz Zeynallı paylaşım edib.

Qeyd edək ki, “Səda TV”nin rəhbəri olan E.Şükürov rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi. Onunla birgə mühakimə edilərək 8 il 10 ay azadlıqdan məhrum edilən Əvəz Zeynallı isə bir müddət əvvəl xəstəliyinə görə cəzadan azad edilmişdi.

Chosen
56
24
tribunainfo.az

10Sources