EN

Gürcüstanın Baş naziri:ÖLKƏDƏ QARIŞIQLIĞA YOL VERİLMƏYƏCƏK

“Gürcüstanda qarışıqlığa yol verilməyəcək və bu istiqamətdə istənilən cəhdə cavabımız maksimal səviyyədə sərt olacaq”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin Baş naziri İrakli Kobaxidze deyib.

 

O bildirib ki, Gürcüstanda müxalifət tamamilə zəifləyib, ümidsiz vəziyyətdədir və belə bir vaxtda istənilən təxribatlar mümkündür.

 

Baş nazir Ukraynadan Gürcüstana göndərilən partlayıcı maddələrlə bağlı işin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən tam araşdırılacağını qeyd edib.

 

“İstənilən bu cür fakt tam araşdırılmalıdır. Biz Gürcüstanda kimin qarışıqlıq yaratmaq, ölkəyə zərər vurmaq istədiyini müəyyən etməliyik”, - İ.Kobaxidze vurğulayıb.

Chosen
36
4
senzor.az

5Sources