EN

Fransada vəhşi donuzlar şəhəri ələ keçirdilər: "Avtomobildən evə qədər olan məsafəni qaçaraq gedirik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransada vəhşi donuzlar ölkənin Qrenobl şəhərətrafı ərazilərini zəbt ediblər. Donuzlar məhsulları yeyir, bağları məhv edir, insanlara hücum edirlər.
Oxu.Az bildirir ki, bu barədə "Le Parisien" nəşri yazıb.
"Mən evə gedəndə qabanlar darvazamla evimin arasındakı keçidi bağlayırlar. Nə qədər siqnal versəm də, onlar yerlərindən tərpənmirlər. Mən də maşından düşməyə cəsarət etmirəm", - deyə Jeraldin adlı yerli sakin nəşrə müsahibəsində bildirib.
Onun qızı Avroranın sözlərinə görə, qabanlar hətta bir dəfə ona hücum ediblər və yalnız özlərinin itləri sayəsində qız xilas ola bilib.
"Onlar mənə hücum etdilər və yalnız itlərimin sayəsində parçalanmadım. İtlər qabanlarla vuruşurdular. Bu, çox qəddar səhnə idi. İtlərimdən biri ağır yaralanmışdı", - deyə Avrora qeyd edib.
Digər yerli sakinlər də bildiriblər ki, ancaq avtomobillə hərəkət etmək məcburiyyətindədirlər, avtomobildən evə qədər olan məsafəni isə qaçaraq gedirlər.
Sen-Marten-der ovçular assosiasiyasının prezidenti Sebastyen Persiko vəhşi qabanların populyasiyasının tənzimlənməsinə kömək edəcəyinə söz verib, lakin bunun sentyabrın 14-də başlayan ov mövsümü ilə başlayacağını deyib.
Chosen
6
1
oxu.az

2Sources