EN

Mehdiabadda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə olunub - Video

FövqÉ™ladÉ™ Hallar Nazirliyinin “112” qaynar telefon xÉ™ttinÉ™ AbÅŸeron rayonu, Mehdiabad qÉ™sÉ™bÉ™si É™razisindÉ™ yeddimÉ™rtÉ™bÉ™li yaÅŸayış binasında yanğın baÅŸ vermÉ™si barÉ™dÉ™ mÉ™lumat daxil olub.

Məlumatla əlaqədar, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 16 kv.m sahədə yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə edilib.

Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

 

Chosen
11
33
anews.az

10Sources