BAKI, 13 sentyabr. TELEQRAF
İsrail Dohada Fələstinin HƏMAS hərəkatının siyasi büro üzvlərinə qarşı hücum həyata keçirmək üçün Qırmızı dənizdən buraxılan ballistik raketlərdən istifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri yazıb.
Əməliyyat haqqında məlumatlandırılan yüksək vəzifəli ABŞ rəsmiləri ilə müsahibələrə istinad edən qəzet qeyd edib ki, hücumun hazırlanması zamanı Tramp administrasiyasına etiraz etmək üçün vaxt verməmək nəzərdə tutulub.
Bildirilir ki, əməliyyatda səkkiz F-15 və dörd F-35 qrıcısı iştirak edib. Onlar Qırmızı dəniz üzərindən uçaraq Ərəbistan yarımadasının əks tərəfindən Qətərə doğru ballistik raketlər buraxıblar.
Məlumata görə, İsrail ABŞ-ni zərbədən yalnız bir neçə dəqiq əvvəl xəbərdar edib, lakin hədəfi dəqiq açıqlamayıb. ABŞ yalnız raketlərin istilik izlərini aşkar edən kosmik sensorlar vasitəsilə hədəfin Doha olduğunu müəyyən edə bilib.