BAKI, 13 sentyabr. TELEQRAF
Rusiya Polşa ilə gərginliyin artmasında maraqlı deyil.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın BMT- dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında deyib .
"Biz artıq dəfələrlə bəyan etmişik ki, Varşava ilə gərginliyi artırmaqda maraqlı deyilik. Biz bunu bir daha təkrar edirik", - diplomat vurğulayıb.
O qeyd edib ki, Polşa heç bir sübut təqdim etmədən pilotsuz təyyarələrlə bağlı insidentdə Rusiyanı günahlandırmağa tələsdi.
Sentyabrın 10-da Polşanın baş naziri Donald Tusk 23 pilotsuz uçuş aparatının ölkənin hava məkanını pozduğunu bildirib.Onlardan bir neçəsi havadaykən vurulub. Baş verənlərə görə Rusiya ittiham edilir.