EN

Basketbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Kişi basketbolçular arasında Avropa çempionatında ilk finalçı bəlli olub.

AZƏRTAC xəbər verir ki, yarımfinalın birinci matçında Almaniya və Finlandiya yığmaları üz-üzə gəlib. Rəqibini 98:86 hesabı ilə məğlub edən Almaniya seçməsi həlledici mərhələyə vəsiqə qazanıb.

Günün ikinci görüşündə Türkiyə yığması Yunanıstanla münasibətlərini aydınlaşdıracaq. Qarşılaşma saat 22:00-da start götürəcək. Bu komandalar indiyədək rəsmi oyunlarda 14 dəfə üz-üzə gəlib. Bunlardan 3-nü “ay-ulduzlular”, 11-ni isə yunanlar qələbə ilə bitirib.

Türkiyə yığmasının heyətində Cedi Osman zədəlidir. Onun son vəziyyəti matç saatına kimi bəlli olacaq.
Chosen
50
2
sherg.az

3Sources