EN

Azərbaycan ərazisinin Ermənistandan atəşə tutulmasına, mülki şəxslərin öldürülməsinə dair sənədlər məhkəmədə elan olunub

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülhvə insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ArayikHarutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, DavidBabayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayətişləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 12-dədavam etdirilib.

Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyiilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyathakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilənşəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələriüçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri vənümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlariştirak ediblər.

Məhkəmə prosesi sənədlərin elan olunması ilə davametdirilib.

Elan olunan sənədlərdən biri 1991-ci il yanvarın 12-dəXocavənd-Qaradağlı yolunda hərəkət edən avtobusa basqın edilməsifaktı üzrə olub. Xocavənd rayon sakini Rəhimov Kamal Baxış oğlununidarə etdiyi və içərisində 25-30 nəfər Xocavənd kənd sakinininolduğu avtobus Xocavəndin Xocavənd-Kiş-Qaradağlı yolunun 6-cıkilometrliyində ermənilər tərəfindən müxtəlifçaplı odlu silahlarlaatəşə tutulub.

Digər sənəd 1991-ci il yanvarın 28-də Nəzərova Fəranə Nərimanqızının öldürülməsi faktı ilə bağlı olub. O, Xocavənd rayonununXocavənd kəndində odlu silahdan atəş açmaqla qətlə yetirilib.

Növbəti sənəddə göstərilib ki, həmin kəndin sakini, 7-ci sinifşagirdi Məmmədov Azər İspəndiyar oğlu 1991-ci il yanvarın 29-daküçədə həmyaşıdları ilə oynayarkən Xocavənd şəhəri tərəfdən odlusilahdan atəş açılması nəticəsində qarın nahiyəsindən xəsarətalıb.

Digər cinayət işi üzrə sənəddə isə bildirilib ki, 1991-ci ilfevralın 15-də Nəbiyev Camal Abbasəli oğlu yaşadığı Goranboyrayonunun Baş Qışlaq kəndindən dağ yolu ilə Xanlar (indiki Göygöl)rayonunun Sarısu kəndinə gedərkən Buzluq kəndinin yaxınlığındankeçən aşırımda 40-50 metr məsafədən avtomat və digər odlusilahlardan atəşə tutularaq qətlə yetirilib.

Elan edilən digər sənəd avtobusun atəşə tutulması faktı iləəlaqədar olub. Qeyd edilib ki, 1991-ci il fevralın 24-dəYevlax-Laçın avtomobil yolunun 99-cu kilometrliyində Xankəndişəhərinin şərq hissəsində naməlum şəxslər tərəfindən partlayıcıqurğulardan və avtomat silahdan istifadə etməklə Şuşa avtonəqliyyatmüəssisəsinin sürücüsü Z.Ç.Əliyevin idarə etdiyi sərnişinlərlə doluavtobusa basqın olub, bir neçə mülki şəxs müxtəlif dərəcəlixəsarətlər alıb, avtobus yararsız vəziyyətə düşüb.

Bundan başqa, Muradov Qorxmaz Murad oğlunun öldürülməsi faktıüzrə sənəd də elan olunub. Bildirilib ki, Ağdam Rayon PolisŞöbəsinin əməkdaşı Muradov Qorxmaz Murad oğlu 1991-ci il fevralın25-də ermənilər tərəfindən girov götürülüb, bir gün sonra Xocavəndrayonunun Hacılı (Haslı) kəndində odlu silahla qətlə yetirilib.

Həmçinin 1991-ci il martın 2-də Xocavənd rayonunun Xocavənd kəndsakini Yusifov Haqverdi Şəfi oğlunun ermənilər tərəfindən odlusilahdan atəş açılaraq qəsdən öldürülməsi, martın 8-də Xocavəndrayonunun Qaradağlı kənd sakinləri Quliyev Əkbər Məmməd oğlu vəHüseynov Zülfüqar Dəmir oğlunun odlu silahla atəş açmaqla qətləyetirilməsi və digər faktlarla əlaqədar cinayət işlərininmaterialları elan edilib.

Elan olunan digər sənəd 1991-ci il aprelin 4-də uçuş zamanıvertolyotun atəşə tutulması faktı ilə əlaqədar olub. İçərisindəAzərbaycan Respublikası Ali Sovetinin deputatları olan Daxili İşlərNazirliyinə məxsus vertolyot Şuşa rayonunun Göytala kəndinə uçuşzamanı atəşə tutulması nəticəsində zədələnib, Turşsu kəndinəməcburi eniş edərək qəzaya uğrayıb, bəzi sərnişinlər yaralanıb.

1991-ci il fevralın 20-də “QAZ-469” markalı avtomobilin atəşətutulması, İmanov Daşdəmir Teyyub oğlunun və Musayev Gürzalı Orucoğlunun öldürülməsi faktları üzrə materiallar və fotolar da diqqətəçatdırılıb.

Bundan başqa, azərbaycanlıların öldürülməsi, evlərinindağıdılması və sair məqsədlə silahlı dəstələr yaradılması, 1991-ciil aprelin 18-də Şuşa rayonunun Nəbilər kəndinin, aprelin 23-dəŞuşa şəhərinin atəşə tutulması, aprelin 19-da Şuşa-Ağdam marşrutuilə hərəkət edən avtomobil karvanına hücum edilməsi üzrə faktlar daelan olunub.

Digər sənəddə bildirilib ki, 1991-ci il aprelin 26-da milisəməkdaşları Xametov Azər Əliyulla oğlu və Rəhimxanov SəlimxanRəhimxanoviç, habelə Sarısu kənd sakini Verdiyev Nəcəf Əşrəf oğluqumbaraatanlardan, pulemyotlardan və avtomatlardan, snayperlərdənistifadə edilməklə öldürülüb, Bayramov Emin Mikayıl oğlu isəyaralanıb.

Elan olunan digər sənədə əsasən, Sədərək 1991-ci il aprelin26-dan 28-dək Ermənistanın Arazdəyən, Parursevak yaşayışməntəqələrindən və Qızıldaş dağının ətəyindən toplardan,minaatanlardan atəşə tutulub, yaşayış məntəqəsinə yüzlərlə mərmi və“Alazan-2M-ICT” tipli raketlər düşüb. Nəticədə 26 nəfər kəndsakini, o cümlədən 3 nəfər milis işçisi müxtəlif dərəcəli bədənxəsarətləri alıb.

İclasda 1988-1991-ci illərdə Kərkicahan qəsəbəsində törədilmişkütləvi iğtişaşlar, azərbaycanlı sakinlərin evlərinin dağıdılmasıvə dinc insanların öldürülməsi faktları da diqqətə çatdırılıb.

Sonra çıxış edən təqsirləndirilən şəxs David Babayan ibtidaiistintaqda verdiyi ifadəsinə münasibət bildirib. O, məhkəməistintaqı zamanı verdiyi ifadələrinin əsas götürülməsini məhkəmədənxahiş edib.

Ardınca məhkəmədə təqsirləndirilən şəxs Qurgen Stepanyanınvəkili öz səhhəti ilə əlaqədar müalicə aldığını əsas gətirərək,məhkəmədə iştirakına xitam verilməsini istəyib.

Hakim təqsirləndirilən şəxsin etirazının olub-olmadığınısoruşub, Q.Stepanyan etiraz etmədiyini bildirib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Qurgen Stepanyanınmüdafiəçisinin məhkəmədə iştirakına xitam verilib.

Bildirilib ki, Q.Stepanyanın dövlət hesabına yeni müdafiəçitəyin olunması üçün qərarın surəti Azərbaycan Respublikası VəkillərKollegiyasına göndəriləcək.

Məhkəmə prosesi sentyabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarınınvəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlıbirləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılıqaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyiəsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisindədaxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycanahərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan RobertSedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, SarkisyanVazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan ArşavirSurenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədənsözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkarmüharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına daircinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, QukasyanArkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan LevonHenrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan LevonRomiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edənşəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Chosen
5
49
az.trend.az

10Sources