EN

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi üzrə növbəti pitçinq keçirilib - FOTOLAR

Sentyabrın 12-də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən təşkil edilən 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin pitçinq mərhələsinin ikinci sessiyası keçirilib.

"Unikal" xəbər verir ki, tədbir çərçivəsində “İlbiz” (istehsalçı: "Cinema Art" MMC), “Yun çubuğu” ("CN-Media" MMC), “İşıq” ("Kinobiz" MMC), “Rüzgarın melodiyası”, “Zamanın səssizliyi” (hər ikisi "Navis" MMC), “Həyatdan kənar”  ("OD Media Production" MMC), “Ağacdələn” ("Karvan Production" MMC),
“Divarın o üzü” ("And Production" MMC) - ümumilikdə 8 qısametrajlı bədii film layihəsi Ekspert şurası və Seçim komissiyasına təqdim edilib. 

Müsabiqənin yekun nəticələri barədə yaxın zamanda ictimaiyyətə məlumat veriləcək.

Chosen
18
3
unikal.az

6Sources