AZ

Film layihələri müsabiqəsi üzrə növbəti pitçinq keçirilib

Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 12-də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən təşkil olunan 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin pitçinq mərhələsinin ikinci sessiyası olub.

Mədəniyyət Nazirliyindən hafta.az-a verilən məlumata görə, tədbir çərçivəsində “İlbiz” ("Cinema Art" MMC), “Yun çubuğu” ("CN-Media" MMC), “İşıq” ("Kinobiz" MMC), “Rüzgarın melodiyası” və “Zamanın səssizliyi” ("Navis" MMC), “Həyatdan kənar” ("OD Media Production" MMC), “Ağacdələn” ("Karvan Production" MMC), “Divarın o üzü” ("And Production" MMC) olmaqla, ümumilikdə 8 qısametrajlı bədii film layihəsi Ekspert şurası və Seçim komissiyasına təqdim edilib.

Müsabiqənin yekun nəticələri barədə yaxın zamanda ictimaiyyətə məlumat veriləcəyi bildirilib.

Seçilən
6
4
hafta.az

6Mənbələr