"Kəpəz" Misli Premyer Liqasının IV turunda "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov görüşdən sonra keçirilən mətbuat konfransında əvvəlki oyunlara nəzərən daha aqressiv olduqlarını bildirib:
"Əvvəlki oyunlara baxanda daha aqressiv idik. Sadə səhvimiz qolla nəticələndi. Bu gün daha istəkli “Kəpəz” gördük".
O, bölgə təmsilçisinin son mövsümlərə pis başlayıb, daha sonra məşqçi dəyişikliyinə getməyi barədə sualı isə belə cavablandırıb:
"Biz “Kəpəz”də oynayanda da belə hallar olub. Hər dəfə komandaya yeni futbolçular cəlb olunur. Onların bir-birinə uyğunlaşması vaxt tələb edir. Növbəti turlarda qarşımıza qoyulan məqsədə çatmağa çalışacağıq".