EN

Elbrus dağındakı kanat yolunda qəza - Ölənlər və yaralananlar var

Bakı. Trend:

Elbrus dağındakı kanat yolunda 2 nəfərin ölümü, 9-nunyaralanması ilə nəticələnən qəza baş verib.

Trend xəbər verir ki, Kabardin-Balkar hakimiyyət orqanlarınınməlumatına görə, qəzaya dayaqlardan birində problemin yaranmasısəbəb olub.

Zərərçəkənlər təxminən 3,8 min metr hündürlükdən təxliyə edilibvə onlar hazırda xəstəxanalara çatdırılırlar. Regional SəhiyyəNazirliyindən verilən məlumata görə, tibb müəssisələri yaralılarınqəbulu üçün hazırlıq vəziyyətinə gətirilib.

Kabardin-Balkar İstintaq Komitəsi təhlükəsizlik tələblərinəcavab verməyən və iki nəfərin ölümünə, 9-nun yaralanmasına səbəbolan xidmətlərin göstərilməsi faktı ilə bağlı cinayət işi açıb.

Kanat yolunun operatoru “Elbrus MKD” MMC-dir.

Chosen
18
12
az.trend.az

10Sources