AZ

Elbrus dağındakı kanat yolunda QƏZA: Ölənlər və yaralılar var

Elbrus dağındakı kanat yolunda ölümlə nəticələnən qəza baş verib.

Bizim.Media xəbər verir ki, qəzaya dayaqlardan birində problemin yaranması səbəb olub.

Qəza nəticəsində 2 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb.

Zərərçəkənlər təxminən 3,8 min metr hündürlükdən təxliyə edilib və onlar hazırda xəstəxanalara çatdırılırlar. Regional Səhiyyə Nazirliyindən verilən məlumata görə, tibb müəssisələri yaralıların qəbulu üçün hazırlıq vəziyyətinə gətirilib.

Bizim.Media

Seçilən
6
12
bizim.media

10Mənbələr