Bakı, 12 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin magistrant, doktorant və əməkdaşları arasında akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Kimya üzrə elm müsabiqəsi” keçiriləcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu barədə qərar BDU Elmi şurasının 2025/2026-cı tədris ili üzrə ilk iclasında qəbul olunub.
Müsabiqənin məqsədi 2025-ci ildə yüksək elmi nəticələrə nail olmuş, təsir əmsallı, beynəlxalq bazalarda indekslənən nüfuzlu nəşrlərdə elmi əsərləri dərc edilmiş, elmi işlərinə istinad olunmuş, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU-nun Kimya fakültəsinin magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.