Azərbaycanın Yunan-roma güləşçisi Rafiq Hüseynov idmançı karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb. Rafiq Hüseynov bundan sonra federasiyada yunan-Roma güləşi üzrə koordinatoru vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, R.Hüseynov Tokio Olimpiadasının bürünc medalçısı, 2 qat dünya və 3 qat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının qalibi və Avropa Oyunlarının gümüş medalçısıdır.