AZ

Rafiq Verdiyev: "Qusarçay hövzəsində buzlağın alt hissəsində 1,5 metr enində çat yaranıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Respublikadakı su anbarlarının ümumi sahəsi 1000 km2-dən artıqdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr, uçot və reyestr şöbəsinin müdiri Rafiq Verdiyev 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" çərçivəsində təşkil olunan paneldə deyib.
O bildirib ki, Azərbaycanda əsas buzlaq sahələri Böyük Qafqazda, Qusarçayın hövzəsində (Şahdağ, Tufan və Bazardüzü) yerləşir:
"1960-70-ci illərdə Qusarçay hövzəsində buzlaqların sahəsi 3.24 km² olubsa, hazırda bu göstərici 2.7-2.9 km²-ə qədər azalıb. Hazırda onların aşağı sərhədi orta hesabla dəniz səviyyəsindən 3 940 metr yüksəklikdən keçir.
2024-cü ildə buzlağın yuxarı asılı ərazisində ciddi dəyişikliklər qeydə alınıb. Ərimə prosesi nəticəsində bu il buzlağın alt hissəsində 1.5 metr enində çat yaranıb".
Məhərrəm Əliyev
Seçilən
3
5
oxu.az

10Mənbələr