EN

Millimizin yekun heyəti müəyyənləşdi

Yazını böyüt
Yazını kiçilt

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Moldovanın paytaxtı Kişineuda keçirəcəyi təlim-məşq toplanışı üçün yekun heyəti müəyyənləşib.

Hafta.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

U-19 Kişineu toplanışı çərçivəsində Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə sentyabrın 16-da və 18-də iki yoxlama görüşündə üz-üzə gələcək. Hər iki qarşılaşma CPSM stadionunda təşkil olunacaq və Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Millinin yekun heyətini nəzərinizə çatdırırıq:

Nərgiz Ağaliyeva ("Şəfa"), Firuzə Bayramova ("Dirçəliş"), Vahidə Əlipaşayeva ("Wera", Gürcüstan), Mədinə Curuqova ("Neftçi"), Arzu Cəfərova ("Şəfa"), Mədinə Qədiməliyeva ("Sumqayıt"), Səma Əsədova ("Sabah"), Yelizaveta Vaysman ("Şəfa"), Ülviyyə İslamova ("Baku Juniors"), Pərişan Abdullayeva ("Liman"), Xanım Əsədova ("Neftçi"), Aygün Novruzova ("Sabah"), Aysu Əsədova ("Sabah"), Ayan Abdiyeva ("Liman"), Aysel Cumayeva ("Liman"), Məsumə Nəzərli ("Neftçi"), Ayşən Salamzadə ("Neftçi"), Arzu Ağaliyeva ("Şəfa").

Chosen
33
11
hafta.az

10Sources