EN

Ağdamda qəza - Ölən var

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, rayonun Səfərli kəndi ərazisində "VAZ-21015" markalı minik maşını idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində maşında olan sərnişin, 2011-ci il təvəllüdlü yeniyetmə həyatın itirib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
22
8
teleqraf.com

5Sources