“Turan Tovuz” klubunun 19 yaşlı hücumçusu Sadiq Şəfiyev bundan sonra yenidən “Kəpəz”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, “sarı-göylər” Tovuz klubunun gənc hücumçusunu 2025/2026-cı illər mövsümünün sonuna kimi icarəyə götürüblər.
Gəncə futbol məktəbinin yetirməsi olan Sadiq Şəfiyev 2020-2021-ci illərdə və ötən mövsümün 2-ci hissəsində də “Kəpəz”in formasını geyinib.
Sadiq “Kəpəz”in heyətində 14 oyun keçirsə də, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. O, “Turan Tovuz”un əsas komandasında da 14 oyun keçirib, 1 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.
Şəfiyev Azərbaycanın aşağı yaş qrupları üzrə millilərinin də şərəfini qoruyub.
Xatırladaq ki, “Kəpəz” Premyer Liqanın yeni mövsümünə uğursuz start verib. Gəncə təmsilçisi keçirdiyi ilk 3 oyunun hamısından məğlubiyyətlə ayrılıb.
