EN

Riskli hava bu tarixə qədər davam edəcək – Bakı sakinlərinə XƏBƏRDARLIQ!

“Havaların bu cür kəskin dəyişməsi, təbii ki, meteoroloji şəraitə çox ciddi təsir edir. Görürsünüz, artıq şimal bölgələrində – Kəlbəcərdə, Laçında qar yağıb. Bir çox şimal rayonlarında isə sulu qar müşahidə olunub. Belə havalarda xüsusilə həssas insanlara diqqət yetirmək lazımdır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında terapevt, həkim Şahvələd Məmmədov deyib. O, bir sıra xəstəlikləri olan insanlara diqqət çəkib:

“Ürək-damar xəstəlikləri, arterial hipertenziya, şəkərli diabet, ağciyər xəstəlikləri olan şəxslər, ümumiyyətlə, meteohəssas insanlar sağlamlıqlarında müəyyən problemlər yaşayırlar. Xroniki ağır xəstəlikləri olanlar bəzən təcili yardıma müraciət etməyə və ya həkimə getməyə məcbur qalırlar. Ona görə də məsləhətdir ki, belə havalarda meteo-həssas insanlar çox çöldə gəzməsinlər, daha çox ev şəraitində qalsınlar. Bu, əsasən bir-iki gün üçün keçərlidir. Xroniki xəstəliyi olanlar – məsələn, ürək xəstələri, təzyiqdən əziyyət çəkənlər – evdən çıxarkən mütləq özləri ilə həm təcili yardım məqsədilə istifadə etdikləri, həm də daimi qəbul etdikləri dərmanları götürməlidirlər”. pizza hut

Ekoloq Qorxmaz İbrahimli isə yenisabah.az-a açıqlayıb ki, yağıntılar bir neçə gün davam edəcək:

“Bu il bildiyiniz kimi yay qismən sərin keçdi. İyun ayı tamamilə sərin oldu, yalnız bəzi günlərdə anomal istilər müşahidə edildi. Avqustun əvvəlindən etibarən hava bir qədər soyudu. Sentyabr ayı isə yayın son ayıdır və havanın soyuması təkcə Bakı və Abşeron yarımadası ilə bağlı deyil. Hazırda ölkənin demək olar ki, bütün ərazilərində – yalnız Naxçıvan MR və bəzi bölgələr istisna olmaqla – yağıntılar müşahidə olunur və bu, bir neçə gün də davam edəcək.

Ona görə narahat olmağa heç bir əsas yoxdur. Sentyabr ayında yağıntılar normaldır, payız mövsümünə uyğun bir haldır. Mənim proqnozuma görə oktyabr ayı daha mülayim keçəcək, yenə yağıntılı olacaq və Tanrının köməyi ilə insanlar məhsullarını rahat yığa biləcəklər.

Oxucularınız narahat olmasın. Proqnozlar doğrudur və bir neçə gündən sonra havalar əvvəlki seyrinə qayıdacaq. Yay fəsli sentyabrın 20-22-si aralığında başa çatır, bu zaman təbii olaraq payız başlayır. Anidən keçidlər mümkün deyil. Biz hazırda qışa doğru gedirik və təbiət də buna uyğun olaraq hazırlığını görür. Şimal yarımkürəsində yay bitmək üzrədir, Günəş orbitdə yerini dəyişir və biz yaxın vaxtlarda payızı qarşılamağa hazırlaşırıq”.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
12
3
yenisabah.az

4Sources