EN

Orta Dəhliz üzrə daşımaların artması fonunda alman şirkətləri ilə əməkdaşlıq müzakirə edilib

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) Alman Gəmiqayırma və Dəniz Sənayesi Assosiasiyasının icraçı direktoru Kristian Şillinqin başçılıq etdiyi nümayədə heyəti ilə görüş təşkil olunub.

Bu barədəRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Tədbirdə alman iş adamları ilə yanaşı, Almaniyanın ölkəmizdəki səfirliyinin və Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri də iştirak ediblər.

Görüşdə Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyəti sədrinin müavini Eldar Məcidov rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması və müvafiq sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb.

Həmçinin Orta Dəhliz üzrə yükdaşımaların həcminin artması fonunda alman şirkətləri ilə potensial əməkdaşlıq sahələri üzrə fikir mübadiləsi aparılıb.

Chosen
7
5
aznews.az

10Sources