EN

Bundan sonra Moskvanın hansı addımlar atacağı dəqiq deyil Tofiq Zülfüqarov

Azxeber.com saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Rusiya pilotsuz uçuş aparatları (PUA) Polşanın hava məkanına daxil olaraq hücum həyata keçirib. Hadisə nəticəsində ciddi maddi ziyan qeydə alınmasa da, regionda gərginlik artıb. ABŞ Prezidenti Donald Tramp isə məsələyə səssiz qalıb. Ağ Ev rəhbəri Rusiya PUA-larının Polşaya müdaxiləsi ilə bağlı heç bir sərt açıqlama verməyib, hətta sosial şəbəkələrdə qəribə paylaşımla kifayətlənib. 

Tramp hadisədən bir neçə saat sonra belə yazıb: "Rusiyanın Polşa hava məkanını PUA-larla pozması ilə bağlı nələr baş verir?”. 

Mövzuyla bağlı AZXEBER.COM-a danışan Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Polşa NATO-nun Nizamnaməsinin 4-cü maddəsinə əsasən məsləhətləşmə tələb edib:

"Bu məsləhətləşmələr baş tutmalıdır. Lakin Polşa hadisəni rəsmi olaraq hərbi hücum kimi qiymətləndirməyib, yəni müharibə təhlükəsini tanımayıb. Buna görə də ABŞ Prezidenti Donald Trampın məsələyə səssiz qalması qaydalara uyğundur. Əvvəlcə hadisənin təxribat və ya proksi müharibə başlanğıcı olub-olmaması aydınlaşdırılmalıdır. Rusiya da mövzunu müzakirə etməyə açıq olduqlarını bildirməlidir. Bundan sonra Moskvanın hansı addımlar atacağı dəqiq deyil. Amma çox güman ki, Rusiya Polşanın Ukraynaya silah göndərməsini düşmənçilik, eyni zamanda hərbi təcavüz hesab edəcək və əsas səbəb kimi ortaya qoyacaq. Qısa müddət ərzində kəşfiyyat məlumatları toplanacaq və sonra qərar veriləcək”. 

Şahanə Ziyad

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
azxeber.com

1Sources