BAKI, 12 sentyabr. TELEQRAF
Cəlilabad rayonunun Fərzili kəndində ferma ərazisində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, ümumi sahəsi 240 m² olan tövlənin yanar konstruksiyaları 30 m² sahədə və bitişik sahəsi 120 m² olan talvarın taxta atmaları 20 m² sahədə yanıb.
Tövlə və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Ağdam rayonunun Əfətli kəndində ümumi sahəsi 112 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.