EN

Kukla Teatrı Qazaxıstandakı festivalda iştirak edir

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət Kukla Teatrı Qazaxıstan Respublikasında keçirilən beynəlxalq teatr festivalının iştirakçısıdır.

"Aktau - Türk Dünyasının Mədəniyyət Paytaxtı" layihəsi çərçivəsində keçiriləcək "NOMAD PUPPET" adlı I Beynəlxalq Kukla Teatrları Festivalı 9-14 sentyabr 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının Manqistau vilayətinin Aktau şəhərində keçirilir.

Sentyabrın 10-da festivalın təntənəli açılış tədbiri baş tutub.

Kuklaçılarımız münsiflər heyəti və teatrsevərlər qarşısında "Yalquzaq" tamaşasını uğurla nümayiş etdirərək alqışlarla qarşılanıblar.

Yazıçı-dramaturq Məhbubə Hacıyevanın "Yalquzaq və Simurq quşunun nağılı" hekayəsi əsasında hazırlanan birhissəli uşaq tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Anaxanım Abdullayeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadə, qum rəssamı Lalə Hüseynzadədir. Modern üslubda hazırlanan tamaşanın səhnə tərtibatında qum üzərində təsvirlər ön plana çıxır. Beləcə parket kuklalar (biri canlı plan olmaqla) və iri monitor vasitəsilə qum üzərində rəsmlərin sintezində vizual həllə nail olunub.

Məlumat üçün bildirək ki, tədbir Türk Dünyası Mədəniyyət Təşkilatı (TÜRKSOY) və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.

Xatırladaq ki, festivalda TÜRKSOY-a üzv ölkələrin kukla teatrları iştirak edir.

ŞAHANƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
1
525.az

2Sources