EN

Aeroportda taksi xidmətindən istifadə: Giriş çıxışın yasaqlanıb yasaqlanmayacağı dəqiqləşməyib

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Son günlər Heydər Əliyev Beynəlxalq Aeroportunda adi taksi xidmətindən istifadə ilə bağlı məhdudiyyətlər tətbiq olunacağı barədə məlumatlar yayılıb. 

Bildirilir ki, taksi xidməti ilə işləyən sürücülər hava limanında sifariş qəbul edə bilməyəcəklər. Azərbaycan Sürücülər Assosiasiyasının rəhbəri Elşad Eldarovun sözlərinə görə, sürücülər indiyədək sərnişinləri hava limanına aparıb geri dönərkən oradan müştəri götürə bilirdilər. Lakin indi onların nə hava limanı daxilində, nə də girişdəki şlaqbaum yaxınlığında dayanmasına icazə verilir. Hava limanı ərazisində isə yalnız qırmızı rəngli “London” taksiləri işləyə biləcək. Bu isə dövlət xidmətlərinə alternativ olaraq özəl xidmətlərin işinə əngəl yaradır. 

İqtisadçı ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, hazırda hava limanında sərnişinlərə sifariş zamanı yalnız “London taksi” seçimi təqdim olunur. O qeyd edib ki, hava limanından şəhərə “London taksi” ilə gediş haqqı təxminən 22-25 manat arasında dəyişir: 

“”Bolt” və “Yango” kimi tətbiqli taksi xidmətlərinin hava limanı ərazisindəki fəaliyyətinin deaktiv edilməsi xəbərləri var. Sərnişinlərə hava limanından sifariş edərkən yalnız “London taksi” (və ya “Baku Taxi”) xidmətinin “London Taxi” markalı maşınları) seçimi təqdim olunur. 

Qiymətlər təxminən 22-25 manatdır. Hava limanı rəsmi saytında “Baku Taxi” xidmətinin Terminal 1-dən çıxan dayanacağı, çağrı mərkəzi vasitəsilə sifariş və mobil tətbiq imkanları olduğu bildirilir. “Baku Taxi”-nin TX4 və LEVC TX markalı “London Taxi” avtomobilləri ilə xidmət etdiyi göstərilir”. 

Akif Nəsirlinin sözlərinə görə, hava limanına adi taksi operatorlarının girişinə dair rəsmi qərar açıqlanmayıb:

“Hələlik rəsmi olaraq adi taksi operatorlarının hava limanına giriş-çıxışı tamamilə qadağan edildiyi barədə konkret hüquqi qərar və ya sənəd ictimaiyyətə təqdim olunmayıb. 

Məhdudiyyətin nə vaxtdan qüvvəyə minəcəyi, necə tətbiq olunacağı (məsələn, hər operator üçün müqavilə olub-olmaması, tender yolları) üzrə detallı məlumatlar yoxdur. Qeyd edilir ki, məhdudiyyətlərin məqsədi sərnişinlərə daha yüksək xidmət standartının təqdim edilməsi və rahatlığın artırılmasıdır. 

Belə görünür ki, həqiqətən müəyyən dəyişikliklər tətbiq olunur, hava limanından taksi götürərkən sərnişinlərin seçim imkanları məhdudlaşır və “London Taxi / Baku Taxi” kimi müəyyən operatorlara üstünlük verilir. Amma hələ tam olaraq adi taksilərin bütün hallarda hava limanına giriş-çıxışın yasaqlanıb-yasaqlanmayacağı dəqiqləşməyib”. 

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

Açar sözlər:

Aeroport taksi Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
1
cebheinfo.az

2Sources