Almaniyada hazırda hakimiyyətdə olan "İşıqfor" koalisiyası (SPD, Yaşıllar, FDP) tərəfindən “sürətli vətəndaşlıq” tətbiqinin ləğvi üçün ilk konkret addım atılıb.
"Cebheinfo.az" xəbər verir ki, Sosial Demokrat Partiyası (SPD), Xristian Demokratlar İttifaqı (CDU) və Xristian Sosialist İttifaqından (CSU) ibarət koalisiya hökuməti adından 23 iyun 2025-ci ildə Kansler Fridrix Mertsin imzası ilə Federal Məclisə “Vətəndaşlıq Qanununda dəyişiklik” başlığı ilə təqdim olunan və 3 ildə “sürətli vətəndaşlıq” tətbiqinə son verilməsini əhatə edən layihə Daxili İşlər Komissiyasında qəbul olunub.
Layihədə Almaniya vətəndaşlığı almaq üçün ən azı 5 ildir, Almaniyada yaşamaq şərtində isə heç bir dəyişiklik nəzərdə tutulmayıb.