EN

Əkrəm İmamoğlunun məhkəmədi başladı

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlunun ali təhsilini qanunsuz yollarla aldığı iddiası ilə açılan cinayət işinin ilk iclası bu gün keçirilir.

Modern.az xəbər verir ki, məhkəmə Silivridəki Mərmərə Qapalı Cəzaçəkmə Müəssisəsində keçirilir.

Məhkəmədə İmamoğlunun həyat yoldaşı Dilek Kaya İmamoğlu, oğlu Səlim İmamoğlu, atası Həsən İmamoğlu və bacısı Neslihan Yakupçebioğlu iştirak edib.

CHP sədri Özgür Özel “Ədalət, hüquq, ədalət” şüarları səsləndirərək məhkəmə zalına daxil olub. Tədbirdə iştirak edənlər arasında CHP Qrup sədrinin müavini Gökhan Günaydın, CHP sədrinin müavini Bülent Tezcan, İBB Bələdiyyə sədrinin müavini Nuri Aslan, CHP Aydın millət vəkili Bülent Tezcan, CHP millət vəkili Sibel Suiçməz, CHP İstanbul İl sədri Özgür Çelik də var.

Məhkəmə zalı dolduqca İmamoğlu dəqiqələrlə davam edən ayaqda alqışlarla qarşılanıb.

Chosen
36
4
modern.az

5Sources