EN

Qubada Birinci Qarabağ müharibəsinin itkin şəhidi dəfn olunub - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 31 il sonra tapılan Murad Məlikməmməd oğlu Vəliyev dəfn edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Quba rayonunun Nütəh kənd qəbiristanlığında torpağa tapşırılıb.

*** 13:53

Quba rayonunun Nütəh kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 31 il sonra tapılan Murad Məlikməmməd oğlu Vəliyevlə vida mərasimi keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

M.Vəliyev 1971-ci il aprelin 5-də anadan olub. 1994-cü il martın 4-də Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Şəhidin nəşinin qalıqları Nütəh kənd qəbiristanlığında dəfn olunacaq.

Chosen
8
9
far.az

10Sources