AZ

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Murad Vəliyev Qubada dəfn olunub - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 31 il sonra tapılan Murad Məlikməmməd oğlu Vəliyev dəfn edilib.

"Report"un Şimal bürosu xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Quba rayonunun Nütəh kənd qəbiristanlığında torpağa tapşırılıb.

13:53

Quba rayonunun Nütəh kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 31 il sonra tapılan Murad Məlikməmməd oğlu Vəliyevlə vida mərasimi keçirilib.

"Report"un Şimal bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

M.Vəliyev 1971-ci il aprelin 5-də anadan olub. 1994-cü il martın 4-də Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Şəhidin nəşinin qalıqları Nütəh kənd qəbiristanlığında dəfn olunacaq.

Seçilən
8
7
qaziler.az

10Mənbələr