EN

Palçıq vulkanları püskürərkən kiçik zəlzələ effekti də müşahidə oluna bilər - Geoloq

Azərbaycanda palçıq vulkanları dünyanın ən çox yayıldığı ərazilərdən biridir. Onların püskürməsi zamanı bəzən sadəcə palçıq axını, bəzən isə qaz sızmaları müşahidə olunur. Bəzi hallarda isə proses zəlzələ effektini də xatırladır.

Məsələ ilə bağlı BAKU.WS-ə danışan geoloq Əvəz Məmmədov bildirib ki, palçıq vulkanlarının davranışı müxtəlif ola bilər: "Palçıq vulkanları yalnız palçıq püskürə, yaxud da təkcə qaz çıxara bilər. Amma bəzi hallarda püskürmə zamanı kraterdə tıxac yaranır. Bu zaman yeraltı qaz və maye yüksək təzyiqlə sıxılır, nəticədə müəyyən titrəmələr meydana çıxır. Tıxac açıldıqda isə kiçik zəlzələlər baş verə bilər. Bu titrəmələr əsasən vulkanın yaxın ərazisində – bir neçə yüz metrlik radiusda hiss olunur".

Geoloq əlavə edib ki, alimlər püskürməzdən əvvəl vulkanın vəziyyətini izləyərək, bu prosesləri müəyyənləşdirə bilirlər. Onun sözlərinə görə, bu cür müşahidələr risklərin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Şahanə Xankişiyeva

Chosen
21
1
far.az

2Sources