EN

"Rusiya daha qardaşımız deyil" – Ermənistan prezidenti


Ermənistan daha Rusiyanın qardaşı deyil. Trend xəbər verir ki, belə bir bəyanatla Ermənistanın prezidenti Vaaqn Xaçaturyan çıxış edib.

Onun sözlərinə görə, Ermənistan artıq öz iqtisadiyyatını şaxələndirib və İrəvan Moskvanın Ermənistan hakimiyyətinin müstəqil qərarlar qəbul edəcəyini nəzərə alacağına ümid edir.

“İndi Rusiya ilə tam fərqli münasibətlərimiz var – tərəfdaş münasibətləri. Rusiyanın Ermənistana münasibəti böyük qardaşın kiçik qardaşa münasibəti kimi deyil, sadəcə tərəfdaş münasibətləridir. Biz son dörd ildə elə buna nail olmağa çalışırdı”, -deyə Ermənistan prezidenti deyib.

Chosen
11
50
baki-xeber.com

10Sources