EN

Azərbaycan millisi Litvaya uduzsa da, yarımfinala yüksəldi

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının (EBSL-2025) final mərhələsində növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda bu gün Litva yığması ilə qarşılaşıb.

Komandamız bu görüşdə 1:2 hesabı ilə uduzub. Buna baxmayaraq, millimiz AÇ-nin yarımfinalına vəsiqə qazanıb. Azərbaycan yığmasının heyətində Kamran Qürbətov fərqlənib.

Xatırladaq ki, Azəbaycan milli komandası qrup mərhələsindəki ilk görüşdə Belçika yığmasını 5:4 hesabı ilə məğlub etmişdi.

error: Məzmun qorunur!
Chosen
24
9
arena.az

10Sources