EN

Nepalda iğtişaşlarda ölənlərin sayı 50-ni keçdi


Nepalda baş verən kütləvi iğtişaşlar nəticəsində 50-dən çox insan ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının yenilənmiş məlumatlarına görə, 51 nəfər ölüb, 1,3 mindən çox insan yaralanıb.
Daha əvvəl toqquşmalarda 34 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, bu həftənin əvvəlində sosial mediaya qoyulan qadağaya qarşı etirazlar Katmandu və Nepalın digər şəhərlərində etiraz dalğasına səbəb olub. Etirazlar fonunda baş nazir Şarma Oli istefa verib. Etirazlara əsasən tələbələr və “Gen-Z” gənclər hərəkatının fəalları rəhbərlik edib.
Etirazçılar hökumət binalarını, o cümlədən parlament, Ali Məhkəmə və prokurorluq binalarını yandırıb, siyasətçilərin və məmurların evlərinə hücum ediblər.
Ölkədə komendant saatı tətbiq edilib.
Chosen
6
1
yeniavaz.com

7Sources