EN

Məktəblərdə repetitorluğa icazə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Təxminən 14 ümumi təhsil müəssisəsi var ki, o məktəblərdə tam orta təhsil səviyyəsində təmayüllü siniflər təşkil olunub. Bu, məktəblərdə repetitorluq fəaliyyətinə razılıq kimi anlaşılmamalıdır”.Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.O bildirib ki, təmayüllü siniflərin məqsədi həmin təhsil pilləsində təhsil alan şagirdlərin ali təhsil müəssisələrinə hazırlığını keyfiyyətli şəkildə təmin etməkdir:"Şagirdlər məktəbdənkənar müəllim yanına getmədən, məktəbdə öz müəllimlərindən tədris ala bilər. Düşünürəm ki, bu ilin sonunda həmin məktəblərin nəticələrini açıqlaya biləcəyik. İnanırıq ki, hazırlığa getmədən yüksək nəticə əldə edən şagirdlərimiz olacaq”.Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
2
bizim.media

3Sources