EN

Yusif Yusibov eyni şirkətdən hər il 100 minlik mebel niyə alır?

[center]Yusif[/center]Gəncə Dövlət Universiteti (GDU) növbəti tenderinə yekun vurub.

Univeristet inventarların satınalınması ilə bağlı nəticəni açıqlayıb.

Məlumatda bildirilir ki, tenderin qalibi “QARDAŞLAR MEBEL” QSC olub. Şirkətlə 116 min 117 manatlıq müqavilə imzalanıb.

Müqaviləyə əsasən GDU şirkətdən 5 ədəd kitab rəfi, 25 ədəd kompyüter masası, Tələbə Evi üçün 30 ədəd sənəd dolabı, 20 ədəd müəllim masası, 5 ədəd kabinet mebeli, 15 ədəd qonaq üçün kreslo, 80 ədəd stul, 10 əddəd kitab dolabı, 22 metr jalüz, 12 ədəd xalça, 2 əddəd jurnal masası və 3 ədəd sənəd dolabı alacaq.

Açıq mənbələrdən araşdırma zamanı məlum olub ki, GDU “Qardaşlar mebel” şirkətindən hər il mebel alır. Məsələn, ötən ilin oktyabrında universitet sözügedən şirkətlə inventarların alınması üçün 292 min 972 manatlıq müqavilə bağlayıb. Eyni məqsədlə, 2023-cü ilin mayında da anlaşma əldə olunub. Həmin vaxt universitet “Qardaşlar Mebel”dən 195 min 939 manatlıq inventor alıb.

Xatırladaq ki, GDU-nun rektoru Yusif Yusibovdur. Onun adı bir qədər əvvəl özünə bahalı “Lexsus” markalı xidmət maşın alması məsələsində hallanmışdı. Belə ki, rektor ötən il xidməti maşınını yeniləmək məqsədi ilə tender keçirmişdi. Həmin vaxt “Lexsus-Bakı” MMC-dən 117 min 300 manata bahalı maşın almışdı.(xalq.online)

Qarşı tərəfi də dinləməyə hazırıq.

Chosen
13
1
yenisoz.az

2Sources