EN

Birinci Qarabağ müharibəsində itkin düşən Ayaz Zərbəliyevin qalıqları Göyçayda dəfn olunub - Yenilənib

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid hərbçi Zərbəliyev Ayaz Əsgəralı oğlunun qalıqları bu gün Göyçay rayonuna gətirilib...

APA-nın Şirvan bürosu xəbər verir ki, şəhidin qalıqları Potu kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib.

Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon İcra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Göyçay Şəhər şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Zərbəliyev Ayaz Əsgəralı oğlu 1969-cu ildə Göyçayın Potu kəndində anadan olub. 1993-cü ildə Kəlbəcər rayonu, Çərəkdar kəndi ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.

***

Göyçay şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Ayaz Əsgəralı oğlu Zərbəliyevlə vida mərasimi keçirilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

A.Zərbəliyev 1969-cu il yanvarın 30-da anadan olub. 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Şəhidin nəşinin qalıqları Göyçay şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Poliqon.info

Chosen
6
9
poliqon.info

10Sources