EN

Azərbaycanda balıqçılıqla məşğul olanlar üçün ŞAD XƏBƏR

"Azərbaycanın su hövzələrində balıqçılığın artırılması ilə bağlı iki konsepsiya var. Bizim qurumun yaradılmasında məqsəd akvakulturanın inkiaf etdirilməsidir. Çünki dünyada bunla bağlı tendensiya gedir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı da elan edib ki, ötən il akvakulturada istehsal olunan balığın həcmi ovlanan balığın həcmini keçib".

Bu sözləri Far.Az-ə açıqlamasında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bildirib.

Mərkəz direktoru əlavə edib ki, dünyada istehlak olunan balıqların böyük hissəsi akkultura istehsalıdır və təsərrüfat şəraitində yetişdirilir. Azərbaycanda da əsas hədəflər akvakulturanın inkişafı, balıq ovunun isə dayanıqlı və nəzarətdə olmasıdır:

"Azərbaycanda akakulturanın inkişafı üçün müxtəlif təkliflər hazırlanır. Kənd təsərrüfatına verilən dövlət dəstəklərindən akvakultura da yararlanacaq. Akvakultura məhsullarının kənd təsərrüfatı məhsulları hesab edilməsi o deməkdir ki, onlar müəyyən vergi güzəştləri əldə edəcəklər. Çünki bu günə kimi akkultura təsərrüfatları sənaye tipli sayılırdı və sənayeyə tətbiq olunan həm ƏDV, həm də digər vergilər tətbiq olunurdu. Amma kənd təsərrüfatı uzun illərdir vergidən azaddır.

Gələcək illər üçün subsidiya mexanizmləri planlaşdılır. Hazırda ilk təklif olunan subsidiyalar bizdə istehsal olunan məhsulun həcminə görədir. Yəni balıq məhsulunu istehsal edib satışa çıxaran fermerlər bunun müəyyən bir hissəsini - subsidiya olaraq müəyyən məbləğ alacaqlar.

Burada məqsəd həmin fermerləri bu sahəyə həm investisiya etməyə təşviq etmək, həm də məhsuldarlığın artırılmasıdır. Nəzərə almaq lazımdır ki, balıqçılıq məhsullarında müəyyən bir idxaldan asılılıq var. Bu məqsədlə yerli istehsalı artırmaq, idxaldan asılılığı azaltmaq qarşıya məqsəd qoyulub".

Azərbaycanın nadir növlərindən olan nərəkimlərin bizim iqlim şəraiti, Xəzər dənizinin mövcudluğu və daxili suların olmasını nəzərə alsaq akvakulturada inkişafında böyük potensial yaradır. Bu nərəkimlərin həm balıq, həm də kürü kimi ixrac potensialını artıracaq".

C.Əliyev balıq ovu ilə bağlı qeyd edib ki, burada hədəf dayanıqlı və nəzarət mexanizmidir:

"Balıq ovuna elmə əsaslanan kvota verilməsi üçün nazirliyin müvafiq əmri ilə komissiya yaradılıb. Həmin komissiya artıq qarşıdakı həftələrdə işinə başlayacaq. Həm Azərbaycanın daxili sularında, həm də Xəzərin Azərbaycan bölgəsində elmi araşdırmalar aparacaq. Burada gələcək ildəki balıq ehtiyatları müəyyən olunacaq. Ehtiyatlar müəyyən olunduqdan sonra gələn il üçün balıq ovu kvotaları ayrılacaq.

Eyni zamanda balıq artırmaq fəaliyyətləri də işə salınacaq. Burada balıq körpələrinin həm Xəzər dənizinə, həm də daxili sulara buraxılmasıdır ki, ovlanan balıqlarla bağlı problem yaranmasın".

Orxan Hüseyn

Chosen
8
2
far.az

3Sources